Dünya çempionatında iki idmançımız qarşılaşacaq- Yenilənib

Dünya çempionatında iki idmançımız qarşılaşacaq- Yenilənib
  02 Sentyabr 2017    Oxunub:3833
Bu gün Macarıstanda keçirilən dünya çempionatında Azərbaycanın daha dörd cüdoçusu medallar uğrunda mübarizəyə qoşulub.
AzVision.az xəbər verir ki, 100 kiloqram çəkidə mübarizə aparan cüdoçumuz Elxan Məmmədov finala yüksələ bilməyib. Yarımfinalda Gürcüstan təmsilçisinə məğlub olan idmançımız yarışdakı digər təmsilçimiz Elmar Qasımovla bürünc medal uğrunda görüşə çıxacaq.

***
Cüdoçumuz Elxan Məmmədov rusiyalı Kazbek Zankişevə qalib gələrək yarımfinal mərhələsinə yüksəlib. Elxan bu mərhələdə Gürcüstan təmsilçisi Varlam Liparteliani ilə üz-üzə gələcək.

Cüdoçumuz Elmar Qasımov isə dünya çempionatının üçüncü qarşılaşmasında yaponiyalı Aaron Volfa məğlub olub. Bundan sonra mübarizəni təsəlliverici görüşlərdə davam etdirəcək. Elmar dünya çempionatının bürünc medalı uğrunda ilk təsəlliverici görüşdə Belçika cüdoçusu Toma Nikiforova qalib gəlib.

***
Qadın cüdoçumuz İrina Kindzerska 1/4 finalda Bosniya və Herseqovina cüdoçusu Larisa Cericə qalib gələrək 1/2 finala vəsiqəni təmin edib. Onun yarımfinalda rəqibi 2015-ci ilin dünya çempionu çinli cüdoçu Sonq Yu olacaq.

Cüdoçumuz Elmar Qasımov Dünya çempionatında ikinci qarşılaşmasında portuqaliyalı Jorge Fonsekaya ipponla qalib gələrək 1/4 finala vəsiqə əldə edib. Onun növbəti rəqibi yaponiyalı Aaron Volf olacaq.

Elxan Məmmədov isə növbəti görüşündə Anton Savitskini (Ukrayna)ipponla mübarizədən kənarlaşdırıb.

***
Qadınların mübarizəsində “Bakı-2017”nin gümüş mükafatçısı İrina Kindzerska ilk görüşünü qələbə ilə başa vurub. O, Essoxanam Korosu (Toqo) məğlub edib. Növbəti görüşdə qadın cüdoçumuz litvalı Santa Pakenyte ilə üz-üzə gəlib. Litvalı Santa Pakenyteni məğlub edən İrina 1/4 finala vəsiqə qazanıb. Cüdoçumuz bu mərhələdə Bosniya və Herseqovinanı cüdoçusu Larisa Ceric ilə qarşılaşacaq.

Kişilərin 100 kiloqramdan yuxarı çəki dərəcəsində ölkəmizi təmsil edən Uşanqi Kokauri ilk görüşdə braziliyalı Rafael Silvaya məğlub olaraq çempionatda mübarizəni dayandırıb.

Dünya və Avropa çempionumuz Elxan Məmmədov ilk görüşündə kanadalı Kayl Reyesi məğlub edərək növbəti mərhələyə yüksəlib.

Rio Olimpiadasının və Avropa çempionatının gümüş mükafatçısı Elmar Qasımov ilk qarşılaşmasında monqolustanlı Otqonbatar Lxaqvasureni mübarizədən kənarlaşıdrıb.

***
Mundialın altıncı günündə 100 və 100 kiloqramdan yuxarı çəki dərəcələrində kişi, 78 kiloqramdan yuxarı çəkidə qadın cüdoçular yarışacaq.

Cüdoçularımızın ilk rəqibləri müəyyənləşib. Kişi cüdoçuların yarışında Azərbaycanı təmsil edən Elmar Qasımov (100 kq) ilk görüşündə Otqonbatar Lxaqvasuren (Monqolustan) - Səidcəlal Səidov (Tacikistan) qarşılaşmasının qalibi ilə güləşəcək.

Digər idmançımız dünya və Avropa çempionumuz, "Bakı-2017"nin qalibi Elxan Məmmədov (100 kq) isə ilk cəhdində Luis Medina (Dominikan Respublikası) - Kayl Reyes (Kanada) görüşünün qalibi ilə qarşılaşacaq.

100 kiloqramdan yuxarı çəki dərəcəsində ölkəmizi təmsil edəcək Avropa kubokunun və qitə çempionatının mükafatçısı Uşanqi Kokauri isə braziliyalı Rafael Silva ilə üz-üzə gələcək.

Qadınların mübarizəsində İrina Kindzerska toqolu idmançı Essoxanam Koros ilə qüvvəsini sınayacaq. İlk görüşlər Bakı vaxtı ilə saat 12:00-da, yarımfinal, təsəlliverici və final qarşılaşmaları isə saat 18:00-da başlayacaq.

Hazırda aktivində iki gümüş medal olan Azərbaycan yığması dünya çempionatında komanda hesabında yeddinci yerdə qərarlaşıb.

AzVision.az


Teqlər: Cüdo   Azərbaycan  





Xəbər lenti