Elmar Qasımov bürünc medal qazandı

Elmar Qasımov bürünc medal qazandı
  03 Sentyabr 2017    Oxunub:2626
Azərbaycanın iki cüdoçusu - dünya və Avropa çempionu Elxan Məmmədov ilə Rio Olimpiya Oyunlarının gümüş mükafatçısı Elmar Qasımov Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən cüdo üzrə dünya çempionatında qarşılaşıb.
Çəkisi 100 kiloqram olan kişilərin mübarizəsində bürünc medal uğrunda görüşdə Elmar Qasımov komanda yoldaşı olan rəqibini məğlub edib.

Bununla da o, Macarıstanda keçirilən dünya çempionatını üçüncü yerdə başa vurub.

AzVision.az


Teqlər: Cüdo   Elmar-Qasımov  





Xəbər lenti