“Çelsi” “Qarabağ” oyunu 75 manata

“Çelsi” “Qarabağ” oyunu 75 manata
  03 Sentyabr 2017    Oxunub:3038
“Çelsi” Çempionlar Liqasının qrup mərhələsin birinci turunda “Qarabağ”la keçirəcəyi matçın biletlərini satışa çıxarıb.
AzVision.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı xəbər yayıb. "Zadəganlar" Ağdam klubu ilə matçın biletlərini 35 funt-sterlinqdən (75 manat) satışa çıxarıb. Uşaqlar və yaşlılar üçün biletlərin qiyməti isə 17,5 funt-sterlinqdir (38,5 manat).

Qeyd edək ki, “Çelsi” - “Qarabağ” oyunu 12 sentyabr tarixində saat 22:45-də keçiriləcək.

AzVision.az


Teqlər: Çelsi   Qarabağ  





Xəbər lenti