Messi "Barselona"nı tərk edəcək

Messi "Barselona"nı tərk edəcək
  03 Sentyabr 2017    Oxunub:3977
Argentina millisinin hücumçusu Lionel Messi 2018-ci ilin yayında İspaniyanın “Barselona” klubunu tərk etmək qərarına gəlib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Messinin müqaviləni uzatmaq istəməməsinə səbəb çalışdığı klubun transfer siyasətindən narazı qalmasıdır.

Qeyd edək ki, Messinin hazırkı kontraktının müddəti 2018-ci ilin yayında başa çatacaq.

"The Sun" nəşri Messinin karyerasını İngiltərənin "Mançester Siti" klubunda davam etdirə biləcəyini iddia edir.

AzVision.az


Teqlər: Messi   Barselona  





Xəbər lenti