Azərbaycan millisi rəqibini darmadağın etdi - VİDEO

Azərbaycan millisi rəqibini darmadağın etdi - VİDEO
  05 Sentyabr 2017    Oxunub:13738
Azərbaycan-San-Marino oyunu başa çatb. Millimiz rəqibini 5:1 hesabı ilə darmadağın edib.

Komandamız bu qələbə ilə 5-ci yerdən 3-cü yerə yüksəlib.
Millimiz mövqeyini qorumaq üçün qrupdakı rəqiblərimizdən Norveç Almaniya ilə oyunda xal itirməli, Çexiya isə Şimali İrlandiyaya uduzmalıdır.



***

Azərbaycan-San-Marino oyununun birinci hissəsi futbolçularımızın 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

Hazırda oyunun ikinci hissəsi keçirilir.

***
Qarşılaşmanın 25 dəqiqəsi artıq geridə qalıb. Millimiz Əfran İsmayılov və Araz Abdullayevin vurduğu qollarla oyunda üstünlüyə yiyələnib - 2:0

***

DÇ-2018-in seçmə mərhələsində 8-ci turun oyunlarına start verilib.

AzVision.az xəbər verir ki, C qrupunda mübarizə aparan Azərbaycan millisi Bakıda San Marinonu qəbul edir.

Səfərdə keçirilən görüşdə brəqibini 1:0 hesabı ilə üstələyən millimiz bu görüşdə də maksimum nəticə qazanmağa çalışacaq.

AzVision.az


Teqlər: Milli   DÇ-2018   San-Mariona  





Xəbər lenti