“Real Madrid” mövsümün ən yaxşı klubu seçildi

“Real Madrid” mövsümün ən yaxşı klubu seçildi
  05 Sentyabr 2017    Oxunub:1340
Madridin “Real” futbol klubu Avropa Klubları Assosiasiyası (ECA) tərəfindən 2016/2017 mövsümünün ən yaxşı klubu seçilib.
AzVision.az xəbər verir ki, bununla bağlı klubun rəsmi saytında məlumat yerləşdirilib.

Qeyd olunub ki, “Real” ardıcıl iki il qitənin ən yaxşısı seçilib.

Qeyd edək ki, Kral klubunun oyunçuları ötən mövsüm Çempionlar Liqası, Avropa Superkuboku və İspaniya çempionatının qalibi olublar.

AzVision.az


Teqlər: Real-Madrid  





Xəbər lenti