Ermənini məğlub edən güləşçimiz dünya ikincisi oldu

Ermənini məğlub edən güləşçimiz dünya ikincisi oldu
  06 Sentyabr 2017    Oxunub:3232
Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin dünya çempionatı davam edir.

Mundialda 50 kiloqram çəkidə yarışan yunan-Roma güləşçimiz Zaur Əliyev ardıcıl olaraq Macarıstan və İsveç təmsilçilərini məğlub edib.
Yarımfinalda Ermənistan idmançısına da heç bir şans verməyən güləşçimiz finala yüksəlib.

Sentyabrın 5-də keçirilən həlledici görüşdə güləşçimizin rəqibi Yaponiya idmançısı olub. Rəqibinə məğlub olan güləşçimiz dünya çempionatının gümüş medalı ilə kifayətlənib.

Qeyd edək ki, Zaur Əliyev bir ay bundan əvvəl 46 kiloqram çəkidə yeniyetmələrin Avropa çempionu adını qazanıb.

AzVision.az


Teqlər: Güləş  





Xəbər lenti