Millinin baş məşqçisi istefaya göndərildi

Millinin baş məşqçisi istefaya göndərildi
  06 Sentyabr 2017    Oxunub:1478
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Yaşar Vahabzadə istefa verib.
AzVision.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, mütəxəssisin müqaviləsi qarşılıqlı razılıqla ləğv edilib.

Yığmamızın AÇ-2019-un seçmə mərhələsi çərçivəsində İsrail və İrlandiya ilə oyunlarından sonra çalışdırıcı AFFA-nın baş katibi Elxan Məmmədova hesabat təqdim edib. Hər iki qarşılaşmadakı məğlubiyyətin (1:3) hesabatı dinlənildikdən sonra qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilməsi qərara alınıb.

AzVision.az


Teqlər: AFFA  





Xəbər lenti