“Qarabağ” – “Roma” matçına ilk gündə 3 min bilet satılıb

“Qarabağ” – “Roma” matçına ilk gündə 3 min bilet satılıb
  08 Sentyabr 2017    Oxunub:2644
"Qarabağ" - "Roma" oyununun biletləri dünəndən etibarən satışa çıxarılıb.
“Qarabağ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov AzVision.az-a bildirib ki, ötən gün axşam saatlarına qədər 3000 bilet satılıb.

Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı sentyabrın 27-si, saat 20:00-da start götürəcək.

Biletlərin qiymətləri:

VIP – 50 AZN
Kateqoriya 1 – 20 AZN
Kateqoriya 2 – 10 AZN
Kateqoriya 3 – 5 AZN
Kateqoriya 4 – 2 AZN

Satış məntəqələri:
Asan Xidmət Mərkəzləri
Heydər Əliyev Sarayının kassası
28 Mall
Gənclik Mall
Park Bulvar (Qarabağ FK Fanshop)
M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)
Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç. 69x (Hökumət evinin arxası)

Anar Kəlbiyev
AzVision.az


Teqlər: QarabağFK   Roman  





Xəbər lenti