Pənahəli xanın qalasından Azərbaycan tarixi silinir - FOTOLAR

Pənahəli xanın qalasından Azərbaycan tarixi silinir - FOTOLAR
  08 Sentyabr 2017    Oxunub:10127
Erməni arxeoloqlar artıq 40 gündür ki, işğal altında olan Ağdamın Şahbulaq qalasında qanunsuz qazıntı işləri aparır.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, arxeoloji ekspedisiyanın rəhbəri Hamlet Petrosyan qalada qazıntı işləri aparılan zamanı qızıl məmulatlarından ibarət zərgərlik qalıqlarının tapıldığını deyib.

Qanuzsuz qazıntı işləri iyulun 8-də başlayıb. Qazıntılar nəticəsində Azərbaycan memarlığına aid qüllələr, bir sıra abidələr aşkar edilərək Ermənistana göndərilib.

Xatırladaq ki, Şahbulaq qalası Bayat qalasından öncə Qarabağ xanlığına inzibati mərkəz kimi Qarabağ xanı Pənahəli xan tərəfindən tikilib. Müdafiə tipli tikili olan qala müəyyən bir dövr ərzində yaşayış yeri kimi istifadə olunsa da, sonradan təkcə gözətçi məntəqəsi kimi istifadə olunub.







Şahin Qocayev
AzVision.az


Teqlər: Qarabağ   Ağdam  





Xəbər lenti