AFFA Rusiyaya etiraz etdi - Separatçıların bayraq təxribatı

AFFA Rusiyaya etiraz etdi - Separatçıların bayraq təxribatı
  08 Sentyabr 2017    Oxunub:1951
AFFA Rusiya Futbol İttifaqına etirazını bildirib.
AzVision.az qurumun saytına istinadən məlumat verir ki, Rusiyanın futbol üzrə II Liqasında keçirilən “Ararat” – “Ryazan” oyunu zamanı “Ararat” komandasının azarkeşləri stadionda Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılan qondarma rejimin bayrağını qaldırıb.

AFFA baş vermiş hadisəni qəti şəkildə pisləyir və Rusiya Futbol İttifaqına müraciət edərək faktla bağlı tədbir görülməsini xahiş edib.

AzVision.az


Teqlər: AFFA  





Xəbər lenti