“Çelsi” - “Qarabağ” oyununun hakimləri bilindi

“Çelsi” - “Qarabağ” oyununun hakimləri bilindi
  10 Sentyabr 2017    Oxunub:7024
Çempionlar Liqasının qrup mərhələsinin “Çelsi” – “Qarabağ” matçının hakimləri müəyyənləşib.
Oyunu Yunanıstan Futbol Federasiyasından olan hakimlər briqadası idarə edəcək.

UEFA-nın qərarına əsasən, Anastasios Sidiropoulos baş hakim, Polixronis Kostaras, Lazaros Dimitriadisı yan xətt hakim təyin olunublar.

Xaralambos Kalogeropoulos və Alexandros Aretopoulos əlavə yardımçı hakim funksiyanı yerinə yetirəcək. Dördüncü hakim Damianos Efthimiadis olacaq.

Qeyd edək ki, “Çelsi” – “Qarabağ” oyunu sentyabrın 12-də keçiriləcək.

AzVision.az


Teqlər: ECL   QarabağFK   Çelsi  





Xəbər lenti