“Qarabağ” klubu Londona yola düşdü - Fotolar

“Qarabağ” klubu Londona yola düşdü - Fotolar
  11 Sentyabr 2017    Oxunub:2127
UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk matçında “Çelsi”nin qonağı olacaq Ağdamın “Qarabağ” klubu bu gün Londona yola düşüb.
AzVision.az klubun saytına istinadla xəbər verir ki, “Çelsi” - “Qarabağ” matçı sentyabrın 12-də Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

UEFA Gənclər Liqasında mübarizə aparacaq “Qarabağ”ın U-19 komandası da əsas heyətlə birlikdə səfərə yollanıb. Gənclərin qarşılaşması isə Bakı vaxtı ilə saat 16:05-də başlayacaq.








Teqlər: QarabağFK  





Xəbər lenti