Məşhur fransız musiqiçisi Bakıda konsert verəcək

Yalçın Adıgözəlovun rəhbərliyi altında “Baku Sinfonietta” orkestrinin və Rişar Qalyanonun (Richard Galliano) iştirak edəcəyi proqramı Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycan-Fransız İnstitutu təşkil edir.
Rişar Qalyano istənilən musiqi janrında ifa etməyi bacarır. Musiqiçinin 50-dən çox diski işıq üzü görüb. O, həmçinin caz və şanson üslubunda ifa edən musiqiçilərlə əməkdaşlıq edib.
2011-ci ildə incəsənət və ədəbiyyat üzrə Kavaler Ordeninə layiq görülən Rişar Qalyano müxtəlif mükafatların laureatıdır.
AzVision.az
Teqlər: