"Qarabağ"ın "Stamford Bridge"də məşqinin saatı müəyyənləşdi

"Qarabağ"ın "Stamford Bridge"də məşqinin saatı müəyyənləşdi
  11 Sentyabr 2017    Oxunub:1694
"Çelsi" ilə səfərdə qarşılaşacaq “Qarabağ”ın İngiltərədəki məşqinin başlama saatı müəyyənləşib.
AzVision.az klubun saytına istinadən xəbər verir ki, Bakı vaxtıyla saat 21:15-də baş məşqçimiz Qurban Qurbanov media mənsublarının suallarını cavablandıracaq.

Bakı vaxtıyla saat 21:45-də isə komandamız qarşılaşmanın keçiriləcəyi "Stamford Bridge" stadionunda oyunöncəsi son məşqinə çıxacaq.

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin ilk matçları çərçivəsində “Qarabağ” klubu sabah səfərdə İngiltərənin "Çelsi" klubunun qonağı olacaq. Oyun saat 22:45-də start götürəcək.

AzVision.az


Teqlər: Qarabağ  





Xəbər lenti