Neftçi qələbə qazandı

  12 Sentyabr 2013    Oxunub : 476
Neftçi qələbə qazandı
Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən sonra Topaz Premyer Liqa həyacanı yenidən başlayıb.

Bu gün Premyer Liqanın VI turuna start verilib.

İlk oyun günündə bir qarşılaşma keçirilib. Paytaxt derbisində “Neftçi” “İnter”i qəbul edib. Bu görüşdə mövsümə uğurla start verən “ağ-qaralar”ın şansı daha çox görünürdü. Yeni mövsümdə 5 oyundan 4-də məğlub olan “İnter” isə uğursuz seriyanı dayandırmaq üçün mütləq qalib gəlməli idi. Ancaq "Nefçi" bu qarşılaşmada 3:1 hesabı ilə qalib gələrək növbəti üç xalı qazanıb və müvəqqəti də olsa liderliyə yüksəlib. "Qarabağ" və AZAL-ın uduzacağı təqdirdə paytaxt təmsilçisi bu turu vahid lider kimi tamamlaya bilər.

Qeyd edək ki, turun digər oyunları sentyabrın 13-ü, 14-ü və 15-də keçiriləcək.

Teqlər: