“İkinci Pərdə” filminin ilk tizeri yayıldı - VİDEO

  12 Sentyabr 2017    Oxunub:5872
Rejissor Emil Quliyevin çəkdiyi “İkinci Pərdə” filminin ilk tizeri ağır sujet xətti ilə tamaşaçıların marağına səbəb olub. Evdə həyat yoldaşını başqa kişi ilə görən ər hər ikisinin qatilinə çevrilir. Lakin sonra nə baş verəcəyi məlum deyil.
16 noyabr tarixindən böyük ekranda yayımlanması gözlənilən filmin Baş Prodüseri isə Orxan Mərdandır.

Filmdə baş rollarda Hikmət Rəhimov, Günay Əhməd, Qorqud Cəfər, Elşən Əsgərov və başqaları çəkilib. Ziya Ağa, Rövşən Ağayev, Elşən Hacıbabayev, Gülnarə Abdullayeva, Səbinə Məmmədova, Cəmilə Tağızadə, Zəhra Rüstəmova, Zaur Şəfiyev, Azər Aydəmir, Tural Əhməd də filmin aktyor heyətinə daxildir. Ssenari müəllifləri Pərviz Həsənov, Emil Quliyev, Orxan Mərdandır.

Qeyd edək ki, Emil Guliyevin daha öncə çəkdiyi “Pərdə” filmi qohum evliliyi, övlad-valideyn münasibətləri kimi ağır sosial mövzülara toxunmuş və izləyicilər tərəfindən birmənalı qarşılanmamışdır. “İkinci Pərdə”nin də eyni səs-küyə səbəb olacağı gözlənilir.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Park-Cinema  

Xəbər lenti