"Çelsi" 6-cı qolunu vurdu- "Qarabağ" məğlub oldu

"Çelsi" 6-cı qolunu vurdu- "Qarabağ" məğlub oldu
  13 Sentyabr 2017    Oxunub:4107
Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start verilib. AzVision.az xəbər verir ki, Azərbaycan futbolu tarixində ilk dəfə qitənin ən mötəbər klub turnirinin qrup mərhələsinə yüksələn “Qarabağ” da debüt oyununa çıxıb.


Ağdam klubu səfərdə Avropanın aparıcı klublarından olan “Çelsi”nin qonağıdır. Qurban Qurbanovun komandasını Londonda çətin oyunun gözlədiyi şübhəsizdir.


12 sentyabr

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, I tur


22:45. “Çelsi” (İngiltərə) - “Qarabağ” (Azərbaycan) - 6:0 (İkinci hissə)
Qol: Pedro, 5,Zappakosta, 30, Aspilikueta, 55,Bakayoko,71, Batşuay , 76-82
Baş hakim: Anastasios Sidiropoulos
Yan xətt hakimləri: Polixronis Kostaras, Lazaros Dimitriadis
Əlavə yardımçı hakimlər: Xaralambos Kalogeropoulos, Alexandros Aretopoulos
Dördüncü hakim: Damianos Efthimiadis (Hamısı Yunanıstan)
London. “Stemford Bric”.

...
"Çelsi" və "Qarabağ" qarşılaşmasında hesab 2:0-a çatıb.
Oyunun 30-cu dəqiqəsində Davide Zappakosta sağ cinahdan sürətlə irəliləyərək uzaqdan zərbə ilə qol vurub.
...
Oyunun 55-ci dəqiqəsində Sezar Aspilikuet "Çelsi" yə 3-cü qolu qazandırdı.
...

71-ci dəqiqədə Bakayoko "Qarabağ"ın qapısına 4-cü qolu vurub.
...

Batşuay 76-cı dəqiqədə -5ci, 82-ci dəqiqədə isə 6-cı qolu "Qarabağ"ın qapısına vurdu.

Oyun 6-0 hesabında "Qarabağ"ın məğlubiyyəti ilə bitdi.


AzVision.az


Teqlər:





Xəbər lenti