UEFA açıqladı:`Qarabağ` birincidi

UEFA açıqladı:`Qarabağ` birincidi
  13 Sentyabr 2013    Oxunub:1716
UEFA klubların 2013/14 mövsümü və son beş mövsüm (2009/10, 2010/11, 2011/12, 2012/13 və 2013/14) üçün reytinq cədvəllərini açıqlayıb.

Cari mövsüm üçün hazırlanan siyahıda Azərbaycan klubları arasında ən yaxşı göstərici `Qarabağ`a məxsusdur.

Komandamız 237 komandanın yer aldığı siyahıda 43-cü yeri tutur. `Neftçi` 74-cü, `Xəzər Lənkəran` 119-cu, `İnter` isə 120-ci pillədə qərarlaşıb.

Hələlik bu siyahıya Rumıniyanın `Styaua` komandası başçılıq edir. Lakin avrokuboklarda qrup mərhələsinin və qarşıda hələ pley-off oyunlarının da keçiriləcəyini nəzərə alsaq, reytinq siyahısında köklü dəyişikliyin olacağı dəqiqdir.

Son beş mövsümün siyahısında da Azərbaycan klubları arasında `Qarabağ` liderdir. Bu mövsüm Avroliqanın pley-off mərhələsinə qədər gələn Qurban Qurbanovun komandası 453 komanda arasında 189-cu yeri tutur. Bununla da ötən mövsümün yekununda 228-ci yerdə olan Ağdam təmsilçisi 39 pillə irəliləməyə nail olub.

Son mövsümdə `Qarabağ`dan bir pillə irəlidə - 227-ci yerdə olan `Neftçi` də budəfəki reytinqdə irəliləyib. Lakin `ağ-qaralar` 28 pillə önə gedib 199-cu yeri tutsa da, ümumi göstəricidə `Qarabağ`dan 10 pillə geridə qalır.

Reytinq sihasında Azərbaycanın digər təmsilçilərindən `İnter` 276-cı, `Bakı` 279-cu, `Xəzər Lənkəran` 299-cu, AZAL 377-ci, `Simurq` isə 379-cu yeri tutur. Son beş mövsümün reytinq siyahısına `Barselona` başçılıq edir. `Bavariya` ikinci, `Real` (Madrid) isə üçüncüdür.

Ümumilikdə Azərbaycan isə UEFA-nın reytinqində bu mövsüm üçün hələlik 19-cu, beş mövsümlük göstəriciyə əsasən 30-cu yeri tutur.

AzVision.az


Teqlər:





Xəbər lenti