2024 və 2028-ci il Olimpiyadaları bu şəhərlərdə keçiriləcək

2024 və 2028-ci il Olimpiyadaları bu şəhərlərdə keçiriləcək
  14 Sentyabr 2017    Oxunub:1998
2024-cü il Yay Olimpiya Oyunlarının Parisdə, 2028-ci il Olimpiadası isə Los-Ancelesdə keçiriləcək.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə qərar Beynəlxalq Olimpiya Komitəsinin Perunun paytaxtı Lima şəhərində keçirilən sessiyasında elan olunub.

Qərarı Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax elan edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Olimpiada  





Xəbər lenti