Rafiq Hüseynovun vəziyyəti ağır olaraq qalır

Rafiq Hüseynovun vəziyyəti ağır olaraq qalır
  14 Sentyabr 2017    Oxunub:3807
Türkiyədə əməliyyat olunan xalq artisti, tanınmış diktor Rafiq Hüseynovun vəziyyəti ağır olaraq qalır.
Bu barədə AzVision.az-a diktorun həyat yoldaşı Səbinə Hüseynova məlumat verib.

Onun sözlərinə görə, həyat yoldaşının səhhəti zəifdir, günlərdir ki, qida qəbul etmir.

“İndi bir az danışır. Ancaq nə yemək yeyir, nə də su içir. Səhhəti çox zəifdir. Həkimlər çalışırlar ki, bədənini gücləndirib əvvəlki vəziyyətinə qaytarsınlar”.

Qeyd edək ki, R. Hüseynov Ağciyər xərçəngindən əziyyət çəkir. İki dəfə bağırsaq əməliyyatı keçirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Xalq-artisti  





Xəbər lenti