Natiq İsmayılov “Zirə”-nin prezidenti təyin edildi

Natiq İsmayılov “Zirə”-nin prezidenti təyin edildi
  15 Sentyabr 2017    Oxunub:7367
“Zirə” klubunun rəhbərliyində dəyişiklik olub.
AzVision.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, 2014-cü ildə təsis edilmiş “Zirə” peşəkar futbol klubu qısa zamanda futbol ictimaiyyətinin və azarkeşlərin etimadını doğruldub və onların rəğbətini qazana bilib. Əldə edilmiş nailiyyətlərin qorunması, daha böyük uğurların qazanılması, eləcə də Azərbaycan futbolunun inkişafına davamlı töhfə vermək kimi hədəflər hazırkı mərhələdə klubun daha da yüksək peşəkarlıq prinsipləri əsasında idarə olunmasını zəruri edir. Bu məqsədlə klubdaxili məsləhətləşmələrin nəticəsində Orxan Məmmədov “Zirə” klubunun fəxri prezidenti seçilib. Klubun yaradılmasının əsas təşəbbüskarı olan O.Məmmədovun əldə edilən uğurlarda böyük rolu var.

Bu vaxtadək icraçı direktor vəzifəsində çalışan Natiq İsmayılov isə “Zirə” klubunun prezidenti təyin olunub.

İcraçı direktor vəzifəsini isə Cahangir Məmmədov yerinə yetirəcək.

AzVision.az


Teqlər: ZirəFK  





Xəbər lenti