Ukraynanın Xalq artisti "Jizel"i oynayacaq
Sentabrın 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dünya Adolf Adanın “Jizel” baletinin tamaşası nümayiş olunacaq.
Bu dəfə Bakı Teatrının qonaqları Ukraynalı sənətçilər - Tatyana Qolyakova və Sergey Dosenkodur. Y.Qolyakova tamaşada Jizel partiyasını ifa edəcəkdir. Tatyana Ukrayna Milli Operasının prima-balerinası, Ukraynanın Xalq artistidir, bir sıra beynəlxalq balet müsabiqələrinin laureatıdır.
Onun tərəf-müqabili, qraf Albert partiyasını isə Odessa Opera və Balet Teatrının aparıcı solisti, Ukraynanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Sergey Dosenko ifa edəcəkdir.
Tamaşada həmçinin balet truppasının solistləri - Elmira Süleymanova, Əməkdar artistlər Alsu Qimadiyeva və Makar Ferştandt çıxış edəcəklər.
Tamaşanın dirijoru Xalq Artsti, professor Cavanşir Cəfərovdur.
Şahanə Rəhimli
Teqlər: