Cüdoçumuz erməniyə qalib gələrək Avropa çempionu oldu
Cüdo Federasiyasından AzVision.az-a verilən məlumata görə, mötəbər yarışın ikinci günü də cüdoçularımız üçün uğurlu olub.
Azərbaycan cüdoçusu finala gedən yolda Slovakiya, İsveçrə və Polşa təmsilçilərini məğlub edib.
Milli komandamızın üzvü Avropa birinciliyinin həlledici görüşündə Rusiyanı təmsil edən erməni əsilli cüdoçu Arman Adamyana qalib gələrək qızıl medala layiq görülüb. Beləliklə Azərbaycan cüdoçuları qitə birinciliyində 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında birinci yeri tutublar. Hollandiya millisi 2-ci, Rusiya komandası isə 3-cü olub.
AzVision.az