“Gəncə Marafonu-2017”nin qalibləri məlum oldu - Yenilənib

“Gəncə Marafonu-2017”nin qalibləri məlum oldu - Yenilənib
  17 Sentyabr 2017    Oxunub:4612
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarları altında keçirilən “Gəncə Marafonu-2017”nin qalibləri məlum olub.
Birinci yerə Türkiyə vətəndaşı Üzeyir Söyləməz, ikinci yerə İran İslam Respublikasının vətəndaşı Məhəmməd Cəfər Muradi, üçüncü yerə isə Gürcüstan vətəndaşı Timuraz Baikeev çıxıb.

Qadınlar arasında birinci Ukrayna vətəndaşı Volentina Poltavıska olub. Qaçışı ikinci yerdə azərbaycanlı Anna Yusupova, üçüncü yerə isə Böyük Britaniya vətəndaşı Nataşa Petersen tamamlayıb.

***
(10:08)

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Gəncə Marafonu-2017”yə start verilib.

AzVision.az xəbər verir ki, marafon saat 10:00-da Heydər Əliyev Park Kompleksindəki Zəfər Tağının önündən başlayıb, Nizami Gəncəvi prospekti, Heydər Əliyev prospekti, Cavad xan küçəsi, “Gəncəçay” bulvarı, Şah İsmayıl Xətai prospekti boyunca davam edib Heydər Əliyev park kompleksinə qədər 17 kilometrlik məsafəni əhatə edəcək.

Azərbaycanın qədim tarixə sahib Gəncə “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarı altında regionlar arasında marafona ev sahibliyi edən ilk şəhərdir.

Layihə regionlarda idmanın inkişafına dəstək, sağlam həyat tərzini, eləcə də Azərbaycanın ayrı-ayrı bölgələrində müxtəlif yaşda insanlar arasında xeyirxah amallar naminə həmrəylik ideyalarını təbliğ etmək məqsədi daşıyır.

“Gəncə Marafonu –2017” Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB) və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunur. Marafonun eksklüziv tərəfdaşı “Azercell Telekom” şirkətidir. Layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirir.

AzVision.az


Teqlər: Gəncə   Marafon  





Xəbər lenti