Runi sürücülük hüququndan məhrum edildi

  18 Sentyabr 2017    Oxunub : 680
Runi sürücülük hüququndan məhrum edildi

İngiltərə yığmasının sabiq kapitanı, “Everton” klubunun hücumçusu Ueyn Runi sərxoş halda avtomobil idarə etdiyi üçün məhkəmə qarşısına çıxarılıb.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu avtomobili sərxoş vəziyyətdə idarə etdiyini etiraf edib.

Məhkəmənin qərarı ilə 31 yaşlı futbolçu iki il müddətinə sürücülük hüququndan məhrum olunub və 12 ay ərzində 100 saatlıq ictimai işlərə məhkum edilib. Bundan başqa, o, 170 funt-sterlinq məbləğində cərimə də ödəməlidir.

AzVision.az

Teqlər: Futbol   Runi