"Qarabağ” azarkeşlərinə müraciət etdi

"Qarabağ” azarkeşlərinə müraciət etdi
  19 Sentyabr 2017    Oxunub:2099
“Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində qarşılaşacağı İtaliyanın “Roma” klubu ilə ev oyununu canlı izləməyə hazırlaşan azarkeşlərinə müraciət edib.
Müraciətdə deyilir:

“Əziz azarkeşlər! Bu gündən etibarən, “Qarabağ” – “Roma” matçına vauçerinizi biletə dəyişə bilərsiniz. iTicketAZ – ın çatdırılma xidmətini sifariş edən azarkeşlərimizlə tezliklə əlaqə saxlanılıb çatdırılmanı həyata keçirəcəklər.

Çatdırılma xidmətini sifariş etməyən azarkeşlərimiz, aşağıda qeyd olunan satış məntəqələrinə yaxınlaşaraq vauçeri biletə dəyişə bilər:

“Gənclik mall” və "28 mall" - da yerləşən satış məntəqələri;
Park Bulvar (Qarabağ FK Fanshop);
M.Rəsulzadə 3 (Azərb.kt yaxınlığı) Bül-bül prospekti;
Nizami küç.(Nizami kt yaxınlığı);
Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası).
Asan Xidmət mərkəzləri;
Heydər Əliyev Sarayının kassası;

Vauçer biletə dəyişilən zaman, vauçerdə qeyd olunan şəxsiyyət vəsiqəsi mütləq təqdim olunmalıdır. Bir şəxsiyyət vəsiqəsi ilə yalnız bir bilet əldə etmək mümkündür. Stadiona daxil olarkən, şəxsiyyət vəsiqənizi və sizə məxsus bileti gətirməyi unutmayın”.

AzVision.az


Teqlər: QarabağFK  





Xəbər lenti