Finalın Bakıda keçiriləcəyi haqda xəbərə AFFA-dan münasibət

Finalın Bakıda keçiriləcəyi haqda xəbərə AFFA-dan münasibət
  19 Sentyabr 2017    Oxunub:3119
AFFA Çempionlar Liqasının 2018-2019 mövsümünün final oyununun Bakı Olimpiya stadionunda keçiriləcəyi ilə bağlı İspaniya mətbuatının yaydığı məlumata münasibət bildirib.
AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu AzVision.az-a bildirib ki, hələlik belə bir qərar qəbul edilməyib.

“Yayılan məlumatlardan xəbərdaram. Bildirim ki, hələ UEFA-nın İcra Komitəsinın iclası keçirilməyib. Yekun qərar həmin iclasda açıqlanacaq. İclas keçirilmədiyindən yekun qərardan danışmaq hələ tezdir”.

Qeyd edək ki, İspaniyanın “AS” nəşrinin “Onda Cero”ya istinadən yaydığı məlumata görə, Çempionlar Liqası final oyunu Bakıda keçiriləcək. Bildirilib ki, UEFA-nın bu barədə qərarı sabah açıqlayacağı gözlənilsə də, artıq mediaya seçimlə bağlı təfərrüatlar məlum olub.

Çempionlar Liqasının finalının keçirilməsinə iki stadion- Bakı Olimpiya stadionu və İspaniyanın “Atlektika Madrid” klubunun stadionu “Vanda Metropolitano” namizəd olub.

KİV iddia edir ki, UEFA finalın Azərbaycanda keçirilməsinə razılıq verib. Məlumata görə, artıq bu barədə hər iki tərəf məlumatlandırılıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: UCL   Final  





Xəbər lenti