«Kingsman: Qızıl dairə» - IMAX formatında eksklüziv media nümayişi

  20 Sentyabr 2017    Oxunub : 1636
«Kingsman: Qızıl dairə» - IMAX formatında eksklüziv media nümayişi
Sentyabr ayının 18, premyeraya 3 gün qalmış Park Cinema IMAX-da “Kingsman:Qızıl dairə” filminin eksklüziv nümayişi baş tutdu.
AzVision.az xəbər verir ki, Tədbirdə tanınmış jurnalistlər, bloggerlər, rejissorlar və özəl şirkət nümayəndələri iştirak etdilər.

Filmin 2015-ci ildə ekranlara çıxan birinci hissəsi kino sahəsində böyük nailiyyətlərə və müsbət rəylərə səbəb olmuşdu. İkinci hissə də həmçinin rejissor Metyu Von tərəfindən çəkilmişdi. Müsahibələrinin birində o, filmin davamının çəkilməsinə ehtiyacın olub-olmamasında şübhə duyduğunu etiraf etmişdi: «Bu filmi çəkmək istədiyimi dəqiq bilmirdim. Caniyə görə narahat idim, çünki cəsus filmlərində müvəfəqiyyət daha çox canidən asılıdır. Lakin səhərlərin birində oyanıb necə bir hekayə və hansı caninin mənə lazım olduğunu anladım».

Filmin sinopsisi:

«Kingsman» məxfi xidmət agentliyinin qərərgahı məhv edildikdə və bütün dünya naməlumların əsirinə çevriləndə, britaniyalı super agentlər aşkarlayırlar ki, onların təşkilatları ilə eyni gündə «Statesman» amerikan kəşfiyyatı da təsis edilmişdi. İndi isə bu iki xüsusi xidmət bir araya gəlməli və dünyanı xilas etmək üçün ortaq qəddar düşmənlə mübarizəyə girməlidirlər, yəni Eqqsi üçün adət halına çevriləcək işlə məşğul olmalıdırlar...

Film haqda maraqlı məqamlardan birisi də odur ki, Statesman təşkilatının üzvlərinin təxəllüsləri spirtli içkilərin adlarından götürülüb. Baş rolları Teron Ecerton, Culiana Mur, Mark Strong, Edvard Holkroft və digərləri canlandırmışlar.

Film 21 sentyabrdan etibarən Park Cinema kinoteatrlar şəbəkəsinin ekranlarında nümayiş olunacaqdır. Biletlər parkcinema.az saytı və kinoteatrın kassalarında artıq satışdadır.



















Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Park-Cinema