Azad Rəhimov Türkmənistana gedib

Azad Rəhimov Türkmənistana gedib
  20 Sentyabr 2017    Oxunub:2244
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Türkmənistanın paytaxtı Aşqabadda keçirilmiş V Asiya Oyunlarının Açılış mərasiminə qatılıb.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qonşu ölkəyə səfəri çərçivəsində A.Rəhimov bir sıra ölkələrin nümayəndə heyətlərinin üzvləri ilə görüşüb.

O, Türkiyənin gənclər və idman naziri, Belarusun idman və turizm naziri, Rusiya Federasiyası Tatarıstan Respublikasının gənclər və idman naziri və bir sıra beynəlxalq qurumların rəhbərləri ilə bir araya gəlib.

Qeyd edək ki, Azad Rəhimov sentyabrın 21-də Belarusun paytaxtı Minskə yollanacaq. Səfərin əsas məqsədi nazirin də üzv olduğu "Minsk 2019" II Avropa Oyunları Koordinasiya Komissiyasının iclasında iştirak etmək və hazırlıq prosesi ilə yaxından tanış olmaqdır.

Koordinasiya Komissiyasının iclası çərçivəsində Oyunların rəsmi proqramı, idman yarışlarının proqramı, Atletlər Kəndində görüləcək işlər, Milli Olimpiya komitələri ilə işin qurulması, yayım, marketinq, könüllülük, nəqliyyat və digər mövzular müzakirə olunacaq. A.Rəhimov yarışların keçiriləcəyi "Minsk Arena", Gimnastika Arenası, Velosiped Mərkəzi, Badminton Mərkəzi və digər idman obyektlərinə də səfər edəcək.

AzVision.az


Teqlər: Azad-Rəhimov  





Xəbər lenti