Mikayıl Cabbarov yeni vəzifəyə seçildi

  20 Sentyabr 2017    Oxunub : 1556
Mikayıl Cabbarov yeni vəzifəyə seçildi

Bu gün Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) hesabat-seçki konfransı keçirilib.

AzVision.az-ın məlumatına görə, konfrans Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında baş tutub.

AQF-in prezident postuna yeganə namizəd olan təhsil naziri Mikayıl Cabbarov səsverməyə əsasən rəhbər vəzifəyə seçilib.

Mikayıl Cabbarov həm də Azərbaycan Badminton Federasiyasının prezidentidir.

Qeyd edək ki, AQF-in bundan öncəki prezidenti Diaspora ilə İş üzrə Dövlət Komitəsi sədri Nazim İbrahimov olub.

AzVision.az

Teqlər: Mikayıl-Cabbarov