Azərbaycanlı rəsmilər UCİ-nin prezident seçkilərində iştirak edir

Azərbaycanlı rəsmilər UCİ-nin prezident seçkilərində iştirak edir
  22 Sentyabr 2017    Oxunub:2014
Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) yeni prezidenti seçilib. Qurumun Norveçin Bergen şəhərində baş tutan 186-cı Konqresində fransalı David Lappartien 37 səslə qalib olub.
AzVision.az 2013-cü ildən İttifaqa rəhbərlik edən digər namizəd, britaniyalı Brayan Kuksona isə 8 nəfər səs verib.

David Lappartien 2013-cü ildən Avropa Velosipedçilər İttifaqının (UEC) prezidenti postunu tutur. Qeyd edək ki, Konqresdə Azərbaycanı Velosiped İdmanı Federasiyasının I vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin (UEC) Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərovla baş katib Fərhad Əliyev təmsil edib.
Fərhad Əliyev UEC-yə üzv olan 50 milli federasiya içərisindən seçilmiş səs hüququna malik 15 səlahiyyətli nümayəndədən biri kimi UCİ prezidenti seçkisində iştirak edib. Prezident seçkiləri başa çatdıqdan sonra UCI-ın Rəhbər Komitəsinin yeni üzvləri də seçilib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: AzViF  





Xəbər lenti