Cüdoçularımız Serbiyada 3 bürünc medal qazanıb

Cüdoçularımız Serbiyada 3 bürünc medal qazanıb
  24 Sentyabr 2017    Oxunub:1664
Serbiyanın paytaxtı Belqradda cüdo üzrə Avropa açıq çempionatına start verilib.
Yarışın birinci günündə Azərbaycan milli komandası aktivinə üç medal yazdırıb.

Beynəlxalq turnirdə ölkəmizi təmsil edən Elbrus Zamanov (60 kq), Telman Vəliyev (73 kq) və Gültac Məmmədəliyeva (48 kq) bürünc medallara sahib olublar.

Otuz ölkədən 240 cüdoçunun (157 oğlan, 83 qız) mübarizə apardığı turnirdə Azərbaycan milli komandası 17 idmançı (13 oğlan, 4 qız) ilə təmsil olunur.

AzVision.az


Teqlər: Cüdo  





Xəbər lenti