“AZE Nakhchivan SK” klubu almanlara təqdim edilib

“AZE Nakhchivan SK” klubu almanlara təqdim edilib
  25 Sentyabr 2017    Oxunub:2618
Dünya Azərbaycanlıları Assambleyasının təşəbbüsü ilə yaradılan “AZE Nakhchivan SK” futbol klubunun mərkəzi ofisində klubun tanıtım tədbiri keçirilib.
DAA-dan AzVision.az-a verilən məlumata görə, tədbirdə yerli futbol həvəskarları, futbol mütəxxəsisləri, Türkiyə təşkilatlarının təmsilçiləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan klubun rəhbəri Aydın Karaca Naxçıvan Muxtar Respublikası haqqında qonaqlara məlumat verib. Bu bölgənin zəngin tarixindən, önəmli coğrafi mövqeyindən, naxçıvanlıların qonaqpərvərliyi, dostluğa münasibətindən, son dönəmlər Naxçıvanda həyata keçirilən islahatlardan, blokadada olmasına baxmayaraq yerli imkanlar hesabına əldə edilən uğurlardan söz açıb, bu bölgənin İranla Türkiyə arasında yerləşən strateji əhəmiyyətli bir muxtar vilayət olduğunu qeyd edib.

Daha sonra klubun gələcək planları, komandanın qurulması ilə bağlı strategiyasından danışan klubun sportif müdiri Zafer Özcan , klubumuzun demokratik prinsiplər əsasında idarə olduğunu qeyd edib, klubun yararlı təkliflər üçün hər zaman xoş niyyətli olduqlarını iştirakçıların diqqətinə çatıdırıb.

Daha sonra təqdimatın sorğu sual bölümünə keçilmiş iştirakçılar həm Naxçıvanla bağlı suallarını eyni zamanda klubla bağlı suallarını təşkilatçılara ünvanlayıb.
Sonda DAA prezidenti Rəşad Quliyev komandanın adının Naxçıvan adlanmasının səbəbləri ilə bağlı mövzuya toxunaraq buna aydınlıq gətirib. Belə ki, bu bölgənin tarixən təcavüzə, iqtisadi, ticari, siyasi blokadaya məruz qaldığını bölgənin zənginlikləri ilə bağlı geniş ictimaiyyətə məlumat verməyin vasitələrindən birinin də məhz idman olduğunu qeyd edib. Gələcəkdə “AZE Nahchivan” klubunu professional səviyyəyə gətirərək Naxçıvanın adının dillər əzbərinə çevirəcəklərindən əminliyini bildirib.

AzVision.az




Teqlər: Almaniya   DAA  





Xəbər lenti