“CinemaPlus”da Azərbaycan Gənclər Film Festivalı

“CinemaPlus”da Azərbaycan Gənclər Film Festivalı
  25 Sentyabr 2017    Oxunub:4144
“CinemaPlus” premium kinoteatrlarında, 4-cü dəfə Bakıda, dublyaj redaksiyası Cinemazadeh, ABŞ Səfirliyi, Desperado musiqi məktəbi və Azerbaijan Alumni Association-nın dəstəyi ilə Azərbaycan Gənclər Film Festivalı keçiriləcək.
AzVision.az xəbər verir ki, oktyabrın 1-dən 3-dək Azərbaycan, Amerika və Avropa filmləri nümayiş olunacaq, həmçinin müxtəlif filmlərin eksklüziv təqdimatları, master-klasslar və başqa maraqlı mövzular olacaq.

Festivalın bu ilki mövzusu: “Öz hekayəni danış”. Festivalda qaçqınlara hərs olunan, qadınlar və Azərbaycandan olan cavan iştirakçılar tərəfindən çəkilən filmlər nümayiş olunacaq.

Festivalın ilk günü “CinemaPlus Gənclik Mall”da furşet və canlı musiqi ilə açılış mərasiminə və qaçqınlardan bəhs edən filmlərin nümayişinə həsr olunacaq.
Oktyabrın 2-də “CinemaPlus Azərbaycan”da iştirakçıların filmləri nümayiş olunacaq. Daha sonra isə təqdimatlar və master-klasslar keçiriləcək. Festivalın sonuncu günü təltif etmə olacaq. Woman In Motion layihəsi öz filmlərini nümayiş etdirəcək. Festivalın bütün günlərinə giriş pulsuzdur və ictimaiyyətə açıqdır.

Daha ətraflı: https://www.azerbaijanfilmfestival.com/

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etməyə və kino dünyasının ən yaxşı premyeraları ilə Sizi sevindirməyə hazırdır.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: CinemaPlus   ABŞ  





Xəbər lenti