"Qarabağ" -"Roma" oyununu bu hakimlər idarə edəcək

"Qarabağ" -"Roma" oyununu bu hakimlər idarə edəcək
  25 Sentyabr 2017    Oxunub:1900
Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda “C” qrupunda yer alan Ağdamın “Qarabağ” komandası ilə İtaliyanın “Roma” klubu arasında keçiriləcək oyunu portuqaliyalı hakimlər briqadası idarə edəcək.
AzVision.az UEFA-nın saytına istinadla xəbər verir ki, sentyabrın 27-də Bakı Olimpiya Stadionunda oynanılacaq görüşün baş hakimi Artur Dias olacaq. Ona həmyerliləri - yan xətt hakimləri Rui Tavares və Paulo Soares kömək edəcəklər. Dördüncü hakim funksiyasını Bruno Rodriges yerinə yetirəcək. Matçın hakim-inspektoru Haim Yakov (İsrail), UEFA nümayəndəsi estoniyalı Oleq Xarlamovdur.

AzVision.az


Teqlər: UEFA   Qarabağ   Roma  





Xəbər lenti