“Qarabağ” azarkeşlərinə müraciət etdi

“Qarabağ” azarkeşlərinə müraciət etdi
  27 Sentyabr 2017    Oxunub:1911
"Qarabağ" klubu Çempionlar Liqasının qrup mərhələsinin II turunda İtaliya "Roma"sı ilə keçirəcəyi oyun ərəfəsində azarkeşlərə yenidən müraciət edib.
AzVision.az klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, müraciətdə Bakı Olimpiya Stadionunun qapılarının matçın başlamasına 3 saat qalmış açılacağı bildirilir.

Xahiş olunur ki, tamaşaçılar yarana biləcək anşlaqın qarşısını almaq üçün qapıların açılma saatından etibarən gələrək tribunada yerlərini tutsunlar.
Qeyd edək ki, "Qarabağ" - "Roma" oyunu saat 20:00-da başlanacaq.

AzVision.az



Teqlər: QarabağFK   Roma  





Xəbər lenti