“Qarabağ” - “Roma” oyununun start heyətləri

“Qarabağ” - “Roma” oyununun start heyətləri
  27 Sentyabr 2017    Oxunub:3405
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda “C” qrupunda keçiriləcək “Qarabağ” - “Roma” oyununun start heyəti açıqlanıb.
Bakı Olimpiya Stadionunda keçiriləcək oyunda Ağdam təmsilçisinin heyətində ilk onbirlikdə İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Dino Ndlovu, Pedro Enrike, Mahir Mədətov, Rəşad Sadıqov, Riçard Almeyda, Ansi Aqolli, Bədavi Hüseynov yer alıblar.

“Roma”nın heyətində isə meydana Alison Beker, Raca Naynqolan, Juan Jesus, Lorenzo Pelleqrini, Edin Dzeko, Aleksandr Kolarov, Maksim Qonalons, Qriqori Defrel, Bruno Peres, Kostas Manolas, Stefan El Şaravi çıxacaqlar.

Görüşü portuqaliyalı baş hakim Artur Dias idarə edəcək.

Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı saat 20:00-da başlayacaq.

AzVision.az


Teqlər: QarabağFK   Roma   UCL  





Xəbər lenti