"Qarabağ" "Roma"nı məğlub edə bilmədi - Yenilənib

"Qarabağ" "Roma"nı məğlub edə bilmədi - Yenilənib
  28 Sentyabr 2017    Oxunub:9366
“Qarabağ” - “Roma” görüşü başa çatıb.
Qarşılaşma İtaliya təmsilçisinin 1:2 hesablı qələbəsi ilə başa çatıb.

***
"Qarabağ" komandası hesabdakı fərqi azaldıb. Təmsilçimiz Çempionlar Liqasında ilk qolunu vurub.

Oyunun ilk hissəsi İtaliya klubunun üstünlüyü ilə başa çatıb - 1:2

***
Qarşılaşmanın 15-ci dəqiqəsində Ağdam təmsilçisi qapısından 2 qol buraxıb.

Hazırda rəqib "Roma" 0:2 hesablı üstünlüyə malikdir.

***

UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edən “Qarabağ" ilk ev oyununa çıxıb. Təmsilçimiz İtaliyanın “Roma” klubunu qəbul edir.

Bakı Olimpiya Stadionunda keçirilən oyunu 67 mindən çox tamaşaçı izləyir.

Ağdam təmsilçisinin heyətində ilk onbirlikdə İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Dino Ndlovu, Pedro Enrike, Mahir Mədətov, Rəşad Sadıqov, Riçard Almeyda, Ansi Aqolli, Bədavi Hüseynov yer alıblar.

AzVision.az


Teqlər: QarabağFK   Roma   UCL  





Xəbər lenti