Qurban Qurbanov: "Roma" layiqli qələbə qazandı

Qurban Qurbanov:
 "Roma" layiqli qələbə qazandı
  28 Sentyabr 2017    Oxunub:5098
"Ağır oyun oldu. Xüsusilə, oyunun əvvəli. Rəqibin ustalıq səviyyəsi özünü göstərdi"
AzVision.az xəbər verir ki, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Roma" ilə oyundan sonra keçirilən mətbuat konfransından deyib.

Qurbanov bildirib: "Lakin 0:2-dən sonra futbolçularım daha diqqətli oynamağa başladılar. Vaxt irəlilədikcə rəqibi daha yaxşı tanımağa başladıq. Evdə ilk oyunumuz idi. Məğlub olsaq belə, azarkeşlərə gözəl futbol yaşatmaq istədik. Rəqib layiqli qələbə qazandı. Futbolçularımın da çıxışından razı qaldım. Azarkeşlərimizə də dəstəyə görə təşəkkür edirəm".

AzVision.az


Teqlər: QarabağFK   Qurban-Qurbanov   UCL  





Xəbər lenti