Hayçılar və haybeçələr

Hayçılar və haybeçələr
  28 Sentyabr 2017    Oxunub:3716
Sahib Alıyev

Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərinə hazırlıq gedir. Minsk qrupu həmsədrləri yenidən regiona gəlirlər. Ancaq bu, hazırlığın sadəcə görünən tərəfidir. Görünməyən tərəfdə isə başqa oyunlar aparılır. Hayçılar və haybeçələr hərəkətə keçiblər. Azərbaycanda demokratiyanın olmamasıdan, insan haqlarının pozulmasından dəm vururlar.
Amerikadakı hay yığnağıyla bağlılıqları çoxdan bəlli olan Kris Smit (Chris Smith) və Cim Makqovern (James Patrick McGovern) yenidən ölkəmizə qarşı sanksiya tətbiqindən dəm vururlar. Xatırladaq ki, məhz bu qəbildən olan konqresmenlərin səyi nəticəsində 1992-ci ildə Azadlığa Yardım Aktına 907-ci düzəliş edilərək təcavüzkar Ermənistana deyil də Azərbaycana dövlət səviyysində köməyə qadağa qoyulmuşdu. Yəni bu adamları heç vaxt haqq-ədalət maraqlandırmayıb və maraqlandırmayacaq da.

Konqresmenlərlə paralel olaraq Avropa Şurasının baş katibi Torbörn Yaqland Avropa İnsan Haqları Məhkəməsinin qərarı yerinə yetirlmədiyinə görə ölkəmizin başında duruduğu qurumdan çıxalıması təklifini irəli sürür. Maraqlıdır deyilmi, bəyəm həmən məhkəmənin qərarlarını yerinə yetirməyən təkcə Azərbaycandır?

Adı çəkilən məhkəmə doğrudan da tam şəffaf, qərəzsiz, siyası konyukturadan uzaqdırsa, nədən erməni girovluğunda saxlanan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı şikayətlər "prioritet" lər sırasında yer almır. Ancaq yunuslar və onlarabənzərlərlə bağlı bütün işlər anındaca "piroritet"ləşdirilmişdi, "piroritet"ləşdirilir. Və Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını yerinə yetirməyən təkcə Azərbaycandırmı? İndiyədək onun 11 mindən artıq qərarına əməl edilməyib ki, əməl etməyənlərin çoxu elə İtaliya, Fransa, Böyük Britaniya, İspaniya kimi Avropa dövlətləridir.

Həm də bir nəfərin tapdanmış haqqından dəm vuran Yaqland, bəs yüz minlərin haqlarını tapdayıb onları yurd yerlərindən qovan, elə Avropa Şurasının da təcavəüzkar kimi tanıdığı Ermənistanın oradan çıxarılması məsələsini niyə qaldırmır? Bəlkə ona görə ki, həmən Ermənistanı foprpost sayan çevrələrlə yaxın bağlılığı var ona görə. Xatırladaq, bu, həmən Yaqlanddır ki düz üç il öncə bizim yaxşı tanıdığımız “Qardian”("Guardian") qəzetində İngiltərənin Avropa İnsan Haqları məhkəməsindən çıxamaq planları haqda məqləsində heç yeri olmadığı halda "Azərbaycanda insan hüquqları bıçaq tiyəsindədir. Britaniya getməməlidir", -yazırdı. Yəni o, yeri gəldi-gəlmədi ölkəmizi tənqid etməyi özünə borc bilir. Daha doğrusu dediyim çevrələrin önündə özünə belə bir öhdəlik götürüb və Azərbaycan Ermənistan prezidentlərinin görüşləri öncəsi həmən öhdəliyi yenidən yerinə yetirir. Niyə yetirir?

Baxın, deyəlim ki, həmsədrlərin planlaşdırdıqları görüş baş tutdu. Bildiyimə görə baş tutacaq da. Bizim istək və tələbimizin nə olduğunu Prezident İlham Əliyev BMT kürsüsündən bu yaxınlarda bir daha dilə gətirdi. Və böyük güclərin, o sıradan da vasitəçilik missiyasını üzərlərinə götürən dövlətlərin rəhbərliyində yer alanların düz gözlərinin içinə baxaraq tələblərimiz yerinə yetirilmədiyi halda ötən ilin aprelində baş verənlərin təkrarlanacağı xəbərdarlığını da etdi.

Beunəlxalq normalar Azərbaycanın haqlı olduğunu göstərir. Şükürlər olsun ki, Azərbaycan indi təkcə haqlı deyil, həm də güclü tərəfdir. Və ölkəsinin milli maraqlarından çıxış etməyi ustalıqla bacaran, torpaq bütünlüyü məsələsində prinsipiallıq və qətiyyət ortaya qoyan cəsarətli lideri var. Bizə daha "bilirik torpaqlarınız işğal olunub, ancaq onlar güclüdürlər, siz yaranmış vəziyyətlə barışın" deyə bilmirlər.

Ona görə də dəflərlə vurğuladığımız kimi indi başqa bəhanə ortaya atırlar. Guya demokratiyanın çağladığı mühitə öyrəşən Dağlıq Qarabağ hayları insan haqlarının tez-tez pozulduğu, demokratiyanın olmadığı Azərbaycanda yaşaya bilməzlər.

Forpostbaşı Serj Sərkisyan da BMT-dəki son çıxışını həmən notlar üzərində qurmuşdu ki, bu da Azərbaycanda demokrtaiya, insan haqları problemlərinin şişirdilməsi və qabardılmasının məhz Dağlıq Qarabağ məsələsiylə birbaşa bağlı olduğunu təsdiqləyir.Dediyimiz kimi Smit, Makqovern, Yaqland kimi hayçıların yenidən səs-səsə vermələri də bundan irəli gəlir.

Təəssüf doğuran o deyil. Təəssüf doğuran haybeçələrin də onların səslərinə səs vermələridir. Söhbət Smit, Makqovern, Yaqland kimilərin dövlətimizlə bağlı dediklərini dəstəkləyən və özlərini azərbaycanlı adlandırlanlardan və aralarında keçmiş millət vəkili Mehmet Ufuk Urasın da yer aldığı türkiyəlilərdən gedir.

Bu adam, pardon Mehmet Ufuk əfəndiləri "demokratik rejim"in olduğu Dağlıq Qarabağda Azərbaycanın arzuolunmaz adamlar siyahısına yer alacağı perspektivindın danışarkən bildirir ki, islanmışın yağışdan qorxusu olmamalıdır.

Ey haybeçələr, ey Mehmet Ufuk Uras, kimə "fədainlik" etdiyiniz göz önünə gətirib, utanın bir az.



Teqlər:





Xəbər lenti