Karlo Ançelotti istefaya göndərildi

Karlo Ançelotti istefaya göndərildi
  28 Sentyabr 2017    Oxunub:2454
Almaniyanın “Bavariya” komandasının baş məşqçisi Karlo Ançelotti istefaya göndərilib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, onu müvəqqəti olaraq köməkçi-məşqçi Villi Sanyola əvəz edəcək.

Komandanın yeni baş məşqçisinin adı “Herta” ilə görüşdən sonra məlum olacaq.

Qeyd edək ki, “Bavariya” ötən gecə Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində Fransada PSJ-yə 0:3 hesabı ilə uduzub.

AzVision.az


Teqlər: Bavariya  





Xəbər lenti