“Qarabağ” liderliyini davam etdirir

“Qarabağ” liderliyini davam etdirir
  02 Oktyabr 2017    Oxunub:2200
Topaz Premyer Liqasının VII turuna yekun vurulub.
AzVision.az xəbər verir ki, Ağdamın “Qarabağ” klubu paytaxt təmsilçisi “Zirə” ilə qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə hesab açılmayıb. Komandalar bir xalla kifayətlənməli olublar.

Qeyd edək ki, Ağdam təmsilçisi turnir cədvəlində liderliyi davam etdirir. “Qarabağ”ın aktivində 17 xal var. “Zirə” 16 xalla ikinci, “Qəbələ” isə 13 xalla üçüncüdür. Dördüncü sırada qərarlaşan “Sumqayıt”ın 10 xalı var. Digər yerlərdə isə müvafiq olaraq, “İnter” (8 xal), “Səbail” (6 xal), “Neftçi” (4 xal) və “Kəpəz” (4) komandaları qərarlaşıblar.

AzVision.az


Teqlər: Qarabağ   Zirə  





Xəbər lenti