Rəşad Sadıqov millidən gedir

Rəşad Sadıqov millidən gedir
  02 Oktyabr 2017    Oxunub:3954
DÇ-2018-in seçmə mərhələsində oktyabrın 5-də, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Çexiya qarşılaşması milli komandanın kapitanı Rəşad Sadıqov üçün vida oyunu olacaq.

AzVision.az-ın məlumatına görə, AFFA-nın saytına fikrini bildirən R.Sadıqov Çexiya ilə oyunun millimizin cari seçmə mərhələdə son ev qarşılaşması olduğunu nəzərə alaraq bu qərarı verdiyini deyib:

“Bütün sualları oyunöncəsi keçiriləcək mətbuat konfransında cavablandıracağam”.

Qeyd edək ki, 2001-ci ildən əsas milli komandaya dəvət edilən R.Sadıqov yığmanın heyətində 110 oyun keçirib.

AzVision.az




Teqlər: Rəşad-Sadıqov  





Xəbər lenti