Bir neçə mədəniyyət evinin rəhbəri işdən çıxarılıb

Bir neçə mədəniyyət evinin rəhbəri işdən çıxarılıb
  03 Oktyabr 2017    Oxunub:2762
Bakıdakı bir neçə mədəniyyət evinin rəhbəri vəzifəsinə təyinat olub.
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsindən AzVision.az-a verilən məlumatda deyilir ki, H.Abbasov adına mədəniyyət evinin direktoru Vüqar Elşad oğlu Ağayev işdən azad olunaraq M.Ə.Sabir adına Balaxanı qəsəbə mədəniyyət evinə, M.Ə.Sabir adına Balaxanı qəsəbə mədəniyyət evinin direktoru Fazil Mütəllim oğlu Vəliyev isə M.Ə.Sabir adına Bülbülə qəsəbə mədəniyyət evinə direktor vəzifələrinə təyin olunublar.

M.Ə.Sabir adına Bülbülə qəsəbə mədəniyyət evinin direktoru Cavid Sahib oğlu Məlikov tutduğu vəzifədən azad olunaraq Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin direktor müavini vəzifəsinə təyin edilib.

AzVision.az


Teqlər: direktor  





Xəbər lenti