“Qarabağ”- “Atletiko” oyununa 15 min bilet satılıb

“Qarabağ”- “Atletiko” oyununa 15 min bilet satılıb
  04 Oktyabr 2017    Oxunub:2325
“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində növbəti ev oyununda qarşılaşacağı “Atletiko”yla matça bilet satışı davam edir.
AzVision.az xəbər verir ki, ötən günə olan məlumata görə, satılan biletlərin sayı 15 000-ə çatıb.

Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Qeyd edək ki, “Qarabağ” - “Atletiko” matçı oktyabrın 18-də saat 20:00-da start götürəcək.

Biletlərin qiymətləri
VIP – 50 AZN
Kateqoriya 1 – 20 AZN
Kateqoriya 2 – 10 AZN
Kateqoriya 3 – 5 AZN
Kateqoriya 4 – 2 AZN

Şatış məntəqələri
Asan Xidmət Mərkəzləri
Heydər Əliyev Sarayının kassası
28 Mall
Gənclik Mall
Park Bulvar (Qarabağ FK Fanshop)
M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)
Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)

AzVision.az


Teqlər: "Qarabağ"   Klub  





Xəbər lenti