Azərbaycan yığması son ev oyununa çıxır

Azərbaycan yığması son ev oyununa çıxır
  05 Oktyabr 2017    Oxunub:3054
Bu gün futbol üzrə Azərbaycanın milli komandası dünya çempionatının seçmə mərhələsi çərçivəsində Çexiya yığması ilə qarşılaşacaq.
AzVision.az-ın məlumatına görə, millinin baş məşqçisi Robert Prosineçki start heyətdə Kamran Ağayev, Pavel Paşayev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Məhəmməd Mirzəbəyov, Rahid Əmirquliyev, Riçard Almeyda, Əfran İsmayılov, Cavid Hüseynov, Dmitri Nazarov və Ruslan Qurbanovun meydana çıxacaqlarını deyib.

Prosineçki bildirib ki, Maksim Medvedev və Araz Abdullayev zədəli olduqlarından qarşıdakı oyunlarda yığmaya kömək edə bilməyəcəklər.

Qeyd edək ki, Prosineçkinin komandası səfərdə çexlərlə qolsuz bərabərliyə nail olub. Hazırda qrupda üçüncü yerdə qərarlaşan millimiz bu gün qələbə qazanmaqla vəziyyətini bir qədər də yaxşılaşdıra bilər. Çexiya ilə oyun kapitan Rəşad Sadıqovun millidəki son oyunu olacaq.

Qeyd edək ki, oktyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

AzVision.az




Teqlər: Milli   Futbol   Dünya-Çempionatı  





Xəbər lenti