Millimiz Bakıda Çexiyaya məğlub oldu

Millimiz Bakıda Çexiyaya məğlub oldu
  06 Oktyabr 2017    Oxunub:1834
Futbol üzrə Azərbaycan Milli Komandası 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində Çexiya ilə qarşılaşıb.
AzVision.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən oyun qonaqların qələbəsi ilə yekunlaşıb.

Bakıda 1:2 hesablı qələbə qazanan çexlər aktivlərinə 3 xal yazdırıblar.

Qeyd edək ki, millimizin start heyətində Kamran Ağayev, Pavel Paşayev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Məhəmməd Mirzəbəyov, Rahid Əmirquliyev, Riçard Almeyda, Əfran İsmayılov, Cavid Hüseynov, Dmitri Nazarov və Ruslan Qurbanov meydana çıxıblar.

AzVision.az


Teqlər: Azərbaycan   Çexiya  





Xəbər lenti