Azərbaycanlı modelyerin kolleksiyası Parisdə - Fotolar

Azərbaycanlı modelyerin kolleksiyası Parisdə - Fotolar
  06 Oktyabr 2017    Oxunub:4550
Azərbaycanın Fransadakı səfirliyi və Azərbaycanın Dostları Assosiasiyasının (ADA) dəstəyi ilə Azərbaycan Mədəniyyət Mərkəzində Avstraliyada yaşayan azərbaycanlı modelyer Həcər Qalanın (Mme Challie markası) kolleksiyası "Fashion Glam Couture"-ün Prezidenti Miryam Lariyerin təşkilatçılığı (fr. Myriam Larriere) ile nümayiş edilib.
Paris Azərbaycan Evindən AzVision.az-a verilən xəbərə görə, Paris moda həftəsi çərçivəsində təşkil olunan moda nümayişində ADA-nın prezidenti Jan-Fransua Mansel, Azərbaycanın Fransadakı konsulu Zaur Fərhadov, Paris Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva, Fransanın tanınmış aktyor, incəsənət xadimləri, modelyerlər iştirak ediblər.



Həcər Qala 25 ildən artıqdır ki, Avstraliyada yaşayaraq sǝnǝti ilǝ mǝşǧul olur. Vətəndǝn uzaqda yaşamasına baxmayaraq o əl işlərini Azərbaycanın zəngin çalarlarından, mədəni irsindən ilhamlanaraq yaradır. Azǝrbaycan milli geyimlərinin səciyyəvi elementlərindən, dekorativ tikmə növlərindǝn istifadǝ edǝn modelyer rǝngarǝng kolleksiyası ilǝ Azərbaycanı təmsil edir.



Azərbaycan klassik musiqi sədaları altında keçrilǝn moda nümayişi tamaşaçıların rǝǧbǝtinǝ vǝ böyük marağına səbəb olub.




AzVision.az


Teqlər: ADA   Paris   Paris-Azərbaycan-Evi  





Xəbər lenti