BDU-da Bilik günü qeyd edilib

BDU-da Bilik günü qeyd edilib
  16 Sentyabr 2013    Oxunub:3701
73 nəfər 650-dən yuxarı bal toplayıb
Bakı Dövlət Universitetinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 15 sentyabr - Bilik günü münasibətilə Bakı Dövlət Universitetində tədbir keçirilib. Universitetin rektoru, akademik Abel Məhərrəmov tələbələri, onların valideynlərini, müəllim və tədbir iştirakçılarını təbrik edib. Bu il universitetə 3855 nəfər tələbənin qəbul olunduğunun deyən rektor onlardan 271 nəfərinin 600-700, 612 nəfərinin 500-600 arası bal topladığı və 650-dən yuxarı bal toplayanların sayının isə 73 nəfər olduğunu bildirib.

A.Məhərrəmovun sözlərinə görə, beynəlxalq aləmdə özünə böyük hörmət və nüfuz qazanan prezident İlham Əliyevin «Biz iqtisadi potensialımızı intellekt kapitalına çevirməliyik» devizi ilə təhsilin Avropa standartlarına uyğunlaşdırılması, onun maddi-texniki bazasının inkişafı ilə bağlı qarşıya qoyduğu məqsədlər artıq reallığa çevrilməkdə, gerçək həllini tapmaqdadır.

AzVision.az

Teqlər:  







Xəbər lenti